Sumqayıtda 4 mərtəbəli yataqxana binasında yanğın qeydə alınıb. Sumqayıt24 bu barədə 26 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə binanın 3-cü mərtəbəsində baş verib. Ümumi sahəsi 15 kv.m olan otaqda ev əşyaları 5 kv.metr sahədə yanıb, yüksək temperaturdan lambirdən ibarət tavan 2 kv.m sahədə əriyib.
Alov FHN-in əməkdaşları tərəfindən söndürülüb.