Sumqayıtda günvurma və istivurmaya məruz qalanların sayı açıqlanıb. Sumqayıt24 bu haqda 10 avqust tarixində şəhər Tibb Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, 1 iyun - 10 avqust tarixləri aralığında 3 nəfər bu şikayətlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib. Onlara tibbi yardım göstərilib, 1 nəfər isə Təcili Yardım Xəstəxanasına hospitalizasiya edilib.
Şəhər sakinlərinə saat 12:00-dan 18:00-dək gün altına çıxmamaq, yüngül geyimlərdən istifadə etmək, bol meyvə-tərəvəz, sərin şirə və maye qəbul etmələri məsləhət görülür.