Sumqayıt şəhərində yeni dayanacaq quraşdırılıb. Bu haqda bu gün, 7 fevral Sumqayıt24-ə məlumat daxil olub.
Məlumata əsasən, dayanacaq şəhərin Sülh küçəsində yerləşir. Bu dayanacaq 3 nömrəli müntəzəm marşrut xəttinin son dayanacağıdır.
Şəhər sakinlərinin rahatlığı üçün burada taxta oturacaq quraşdırılıb. Küləkdən, gündən və yağışdan sərnişinləri qorumaq məqsədi ilə isə dayacanağın ətrafı şəffaf şüşə ilə bağlanıb. Həmçinin, burada köşk də fəaliyyət göstərməyə başlayıb. [modula id="9397"]