top
Sərnişinlər qapıların bağlanmasına mane oldu, qatar gecikdi
Bu gün, 09:12
- ↺ +

Sərnişinlər qapıların bağlanmasına mane oldu, qatar gecikdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarının hərəkətində gecikmə qeydə alınıb. 

Məlumata görə, saat 06:43-də Sumqayıt stansiyasından yola düşən 6606 nömrəli qatarın saat 07:35-də Bakı stansiyasına çatması nəzərdə tutulsa da, bu gün qatar mənzil başına saat 07:54-də çatıb. Sərnişin bildirib ki, qatar Bakı istiqamətində hərəkət edərkən Sabunçu stansiyasında da heç bir səbəb göstərilmədən təxminən beş dəqiqə dayanıb.

Nəticədə sərnişinlər mənzil başına 19 dəqiqə gecikmə ilə çatıblar.

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev faktı təsdiqləyib.

"Bu gün səhər saatlarında Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarı Sabunçu Dəmiryol Vağzalında olarkən sərnişinlərin qatarın qapılarının bağlanmasına mane olması səbəbindən sistem bloklanıb və qapılar bir müddət bağlanmayıb. Nəticədə qatarın hərəkətində gecikmə yaranıb.

Sərnişinlərdən qatarın qapılarının bağlanmasına mane olmamaları, hərəkətin təhlükəsizliyi və qatarların müəyyən edilmiş qrafiklə hərəkətinin təmin edilməsi baxımından bu kimi hallara yol verməmələri xahiş olunur.

Nəzərə almaq lazımdır ki, qatarların intensiv hərəkət etdiyi saatlarda bir qatarın ləngiməsi digərlərinin də qrafikinə təsir göstərərək əlavə gecikmələrə səbəb ola bilər. Hər bir sərnişinin məsuliyyətli davranışı qatarların təhlükəsiz və qrafik üzrə hərəkətinə töhfə verir", - deyə B.Hacıyev bildirib.

Mənbə: Oxu.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:45

Toz, çirk və mazut qoxusu – Sumqayıt avtobuslarından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 38-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:40

"Ərazidə dayanmaq olmur": sumqayıtlılardan narazılıq

Bütün xəbərlər
Dünən, 18:20

Ceyranbatanda zibil həftələrlə küçədə qalır? - İDDİA

Bütün xəbərlər
Dünən, 18:09

Qoyun leşləri günlərdir ərazidən yığışdırılmır…

Bütün xəbərlər
Dünən, 17:42

Sumqayıtda velosiped və skuterlərin hərəkəti üçün yeni addım

Bütün xəbərlər
Dünən, 17:05

Müəllimlərə güzəşt - avtobus və metro 1 QƏPİYƏ

Bütün xəbərlər
Dünən, 16:35

Sumqayıtda tələbə qız ölü tapılıb

Bütün xəbərlər
Dünən, 16:00

Sumqayıtda qadının dələduzluq sxemi: pensiya, iş və hərbi xidmətdən azadolma vədləri

Bütün xəbərlər
Dünən, 15:30

Tanış olduğu qadını aldadıb 96 min manatını aldı - Sumqayıtda film kimi cinayət

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtda maşın qaz xəttinə çırpılıb

Bütün xəbərlər
Dünən, 14:15

Nazir müavini tələbələrin geyim qaydalarından danışdı

Bütün xəbərlər
Dünən, 13:42

Sumqayıtda 23 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 13:07

"Tam Store" buna görə CƏZALANDIRILDI

Bütün xəbərlər
Dünən, 12:30

Ardıcıl dörd gün iş olmayacaq – TARİXLƏR

Bütün xəbərlər
Dünən, 12:00

Ceyranbatan su anbarının əməkdaşı iş yerində öldü

Bütün xəbərlər
Dünən, 11:30

Sumqayıtlıları noyabrda maraqlı səma hadisəsi gözləyir - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:50

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Dünən, 10:20

Novxanı yolunda ağır qəza - 5 nəfər yaralandı

İdman
Dünən, 09:41

"Sumqayıt" azarkeşlərinin nəzərinə: bu gün oyun var

İdman
Dünən, 09:11

Ceyranbatan məktəblisi beynəlxalq yarışın BİRİNCİSİ OLDU

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Bütün xəbərlər
01 noyabr 2026, 18:30

Sumqayıtın yetişdirdiyi məşhur simalar

Oxşar xəbərlər