Sumqayıtda daha bir yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərəcək. Sumqayıt24 bu barədə 2 noyabr tarixində xəbər verir.
“SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi Sülh küçəsində, “Dədə Qorqud” restoranının yanında yerləşir. Məntəqədə 6 yanacaq kalonkası quraşdırılıb. YDM dekabrın 1-dən etibarən sakinlərin istifadəsinə veriləcək.