H.Z. Tağıyev qəsəbəsində yerləşən qəbiristanlıqda iməcilik keçirilib. Sumqayıt24 bu haqda DünyaTV-yə istinadən xəbər verir.
İşlərə çox sayda işçi qüvvəsi və xüsusi texnika cəlb olunub. Burada yığılmış tullantılar ərazidən daşınıb, qırılmış məhəccərlər bərpa olunub. Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən müxtəlif qabaqlayıcı tədbirlər görülüb.
Bir müddət öncə, Sumqayıtın digər məzarlığında hökm sürən antisanitar vəziyyət barədə xəbər vermişdik.