“4MAPS Bilgi Teknolojileri” MMC xəritələrin Qarabağ hissəsinin yenilənməsi üçün işlərə başlayıb. Sumqayıt24 bu haqda 10 avqust tarixində Scip.az-a istinadən xəbər verir.
Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan şirkət “Google” və digər xəritələrin yenilənməsi, həmçinin 3D xəritənin hazırlanması üçün “LİDAR” cihazından istifadə edəcək. Yaxın vaxtlarda onlayn xəritələrdə Qarabağda yerləşən şəhər, kənd, küçə və digər obyektlərin adlarının Azərbaycan dilində göstəriləcəyi gözlənilir.