Tibb müəssisələrinin laboratoriyaları yenilənib. Bu haqda bu gün, 25 iyun tarixində Sumqayıt Tibb Mərkəzinə (STM) istinadən xəbər veririk.
Yenilənmə “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində təşkil olunub. Mərkəzi laboratoriyanın Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələri fəaliyyətə başlayıb.
Laboratoriyalar “Sysmex”, “Abbot”, “Qiagen”, “Biomerieux”, “Siemens”, “Nüve” kimi tanınmış xarici şirkətlərin tam avtomatlaşdırılmış sistemləri ilə təchiz olunub.