Sumqayıt Heydər Əliyev mərkəzində “İş axtarma metodları və kanalları” adlı təlim keçiriləcək. Bu haqda bu gün, 1 mart tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) xəbər verib.
Təlimin məqsədi məktəbin yuxarı sinif şagirdləri və universitet tələbələrinə ilkin sahibkarlıq bacarıqlarının aşılanması,onları gələcəyin ixtisasları haqqında məlumatlandırmaqla əmək bazarına hazırlanması və uyğun istiqamətin verilməsidir. Təlimçi qismində biznes üzrə konsultant Arzu Qafarlı çıxış edəcək.
3 mart saat 10:00-da baş tutacaq görüşdə iştirak ödənişsizdir. Təlimə qoşulmaq üçün linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.