Sumqayıtda “Zəfərimin Novruzu” adlı tədbir keçirilib. Sumqayıt24 bu haqda bu gün, 17 mart tarixində Sumqayıt Şəhər Təhsil Şöbəsinə istinadən xəbər verir.
Görüşdə Novruz bayramının əsas personajları olan kosa və keçəlin kompozisiyası təqdim edilib. Daha sonra şagirdlər milli adət-ənənələrimizi əks etdirən maraqlı tamaşalar göstəriblər.
Gənc Müəllimlər Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə şöbənin müdiri Arzu Alızadə, Metodik kabinetin direktoru Gülbahar Haqverdiyeva və şəhərimizin təhsil işçiləri iştirak ediblər.