Sumqayıtda zəncirvari yol qəzası baş verib.
Report.az-ın məlumatına görə, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
“Kia”, “Renault” və “Nissan” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb.
Yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onların müalicə və müayinəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.