Sumqayıtda “Zirvəyə ucalanlar” adlı sərgi-tədbir keçirilib. Bu haqda Azərtac məlumat yayıb.
Tədbir iştirakçılarına “Zəng” adlı qısametrajlı bədii film təqdim edilib.
Sərgidə Polad Həşimov adına Sumqayıt şəhər 28 saylı orta məktəbin şagirdi Əli Əhmədov, Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Əli Hüseynov, qazi övladı Dəniz Abdullazadə şeirlər söyləyiblər. Sonra Sumqayıt şəhər 35 saylı orta məktəbin şagirdlərinin hazırladıqları kompozisiya nümayiş olunub. Sonda sərgiyə baxış keçirilib.
Tədbir Sumqayıt Regional Mədəniyyət İdarəsi, S.Vurğun adına Mərkəzi Kitabxana və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə baş tutub.