Sumqayıtdan paytaxta gələn sərnişinlərlə dolu avtomobil qəzaya uğrayıb. Sumqayıt24 bu haqda 10 may tarixində BakuPlus.az-a istinadən yazır.
Hadisə “20 Yanvar” yaxınlığında yerləşən tuneldə qeydə alınıb. Sumqayıt sakininin idarə etdiyi “Tofaş” “Khazar” markalı minik avtomobili ilə toqquşub. Xəsarət alan olmayıb. Hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Şahidlərin sözlərinə görə, hadisə “Tofaş”-ın sürücüsünün diqqətinin yayınması səbəbindən baş verib.