Sumqayıtda fəaliyyət göstərən zavod ilk dəfə olaraq Hindistana karbamid gübrəsi ixrac edib. Sumqayıt24 bu haqda bu gün, 12 aprel tarixində Kimya Sənaye Parkının rəsmi saytına istinadən xəbər verir.
Məlumata əsasən, parkın rezidenti - Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid zavodundan ilkin mərhələdə qarşı tərəfə 5 min tondan çox məhsul göndərilib.
Qeyd edək ki, sözügedən müəssisənin məhsulları “Made in Azerbaijan” brendi ilə Brazilya, Gürcüstan, Türkiyə, Moldova, Rumıniya, İtaliya, Bolqarıstan və s. ölkələrə ixrac edilir.