top
Sumqayıtdan köç edən keçmiş məcburi köçkünlərin evləri kimə verilir?
07 oktyabr 2025, 01:46
- ↺ +

Sumqayıtdan köç edən keçmiş məcburi köçkünlərin evləri kimə verilir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşən on minlərlə keçmiş məcburi köçkün uzun illərdir ölkənin müxtəlif bölgələrində salınmış qəsəbə və şəhərciklərdə məskunlaşıb. Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə köçkünlərin öz doğma torpaqlarına qayıdışı artıq mərhələli şəkildə həyata keçirilir.
Doğma yurdlarına qayıdan insanların köçkün qəsəbələrindəki evləri və şəhərciklərdəki mənzilləri boşaldığından bu yaşayış obyektlərinin gələcək taleyi aktuallıq kəsb edir.

Mövzu ilə bağlı Modern.az-ın sorğusuna Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, işğaldan azad olunmuş ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə - yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində, eləcə də başqasına məxsus mənzillərdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər köçürülür.

Qarabağa köç edən keçmiş məcburi köçkünlərin Bakı, Sumqayıt və digər şəhər və rayonlarda olan evləri müvəqqəti olaraq başqa məcburi köçkünlərə verilir.

"Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunmuş və onların müvəqqəti məskunlaşdıqları yaşayış komplekslərindən köçürülmə çox az hallarda baş verir. Belə hallarda boşalmış mənzilin digər məcburi köçkün ailəsinə verilərkən, onların sosial statusu daha çox nəzərə alınır".

Qeyd edək ki, Nazirlər Kabinetinin "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında 65 saylı qərarına əsasən, məcburi köçkünlərə müvəqqəti istifadə üçün verilmiş yaşayış sahələrini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişdirmək, ipoteka predmeti kimi istifadə etmək və digər yollarla özgəninkiləşdirmək olmaz, onlar həmçinin başqasını həmin evə köçürmək hüququna malik deyillər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 20:51

Ceyranbatanda şagirdlərin qida zəhərlənməsi faktı təsdiqlənməyib

Bütün xəbərlər
Dünən, 19:00

Xəstəxana bağlı qalıb, təmir isə görünmür: Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda ağac kəsilib yerində obyekt quraşdırılıb? - İDDİA

İdman
Dünən, 16:42

Sumqayıtlı MMA döyüşçüsü çəki limitini keçdi - qarşılaşması ləğv edilmədi

Bütün xəbərlər
Dünən, 16:10

Qatarlarda unudulan əşyaların sayı açıqlandı – Bakı-Sumqayıt ilk sırada

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda piyadanı vuraraq öldürən şəxs yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
Dünən, 14:43

19 yaşında Vətənə canının fəda edən Teymurun doğum günüdür

İdman
Dünən, 13:51

"Sumqayıt" - "Şəfa" oyunu ilə bağlı azarkeşlərə MÜJDƏ

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıta gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 12:17

Sumqayıtda 5 nömrəli avtobus sakinləri cana yığıb - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:30

Coratda bu küçə asfaltlanır

Bütün xəbərlər
Dünən, 10:18

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Dünən, 09:22

Sarayda kişi borc aldığı arvadını bıçaqladı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 33-cü günü - XRONİKA

İdman
28 oktyabr 2026, 18:30

Sumqayıtda gənc cüdoçular arasında yarış keçiriləcək

Bütün xəbərlər
28 oktyabr 2026, 18:00

Sarayda küçənin bir hissəsini inşaat qalıqları zəbt edib - ŞİKAYƏT

Bütün xəbərlər
28 oktyabr 2026, 17:30

Sumqayıtda sabah çiskin gözlənilir

Bütün xəbərlər
28 oktyabr 2026, 16:41

Riad Rəfiyev: "Zaman keçdikcə daha güclü "Sumqayıt" görəcəyik"

Bütün xəbərlər
28 oktyabr 2026, 15:56

Sumqayıtda kişi arvadını yeməyə görə döydü

Bütün xəbərlər
28 oktyabr 2026, 15:00

Bakı və Sumqayıt tələbələri üçün beynəlxalq İT proqramına qeydiyyat başlayır

Bütün xəbərlər
28 oktyabr 2026, 14:20

Sumqayıtda sakinlərdən zibilin daşınması ilə bağlı TƏLƏB

Bütün xəbərlər
28 oktyabr 2026, 14:00

Sumqayıt məktəblisi beynəlxalq olimpiadada BİRİNCİ OLDU

Bütün xəbərlər
28 oktyabr 2026, 13:30

Sumqayıtda naqil və velosiped oğruları saxlanıldı

Oxşar xəbərlər