top
Sumqayıtdan Qarabağa uzanan yol - Gələcəyin həkimi Həmidə 
06 sentyabr 2025, 04:47
- +

Sumqayıtdan Qarabağa uzanan yol - Gələcəyin həkimi Həmidə 

Tibb sahəsi hər zaman insanlara yardım etməyi, məsuliyyət daşımağı və cəmiyyətə faydalı olmağı özündə birləşdirən ən şərəfli peşələrdən biri olub. Bu yola qədəm qoymaq isə yalnız bilik deyil, həm də böyük bir ruh yüksəkliyi, səbr və əzm tələb edir. Bu dəfə müsahibimiz, Qarabağ Universitetinin ilk tibb tələbələrindən biri olan Sumqayıt təhsilinin yetirməsi Həmidə Məmmədlidir. 

Xeberle.com-un əməkdaşı onunla uşaqlıq arzularından imtahan hazırlığına, ailə dəstəyindən gələcək hədəflərinə qədər bir çox mövzularda həmsöhbət olub:

– Həmidə, əvvəlcə səni tanıyaq. Özünü qısa təqdim edə bilərsənmi?

– Mən Həmidə Məmmədli. İbtidai sinifimi Sumqayıt şəhərində Texniki və Təbiət Elmləri Liseyində oxumuşam. Sonrakı təhsilimi Təbiət Elmləri Təmayüllü Gimnaziyada almışam. Daha sonra isə 9-cu sinifdən Qubadlı rayon Cəlal Həşimov adına Mərdanlı kənd tam orta məktəbində davam etdirmişəm.

– Tibb sahəsini seçmək qərarın necə formalaşdı? Bu arzunun əsas səbəbi nə idi?

– Uşaqlıqdan ağ xalat geyinmək arzum olub. İnsanlara yardım etmək, onların üzündə təbəssüm görmək həmişə məni həyəcanlandırıb. Tibb mənim üçün sadəcə maraq deyil, həm də məsuliyyətdir. İnsana faydalı ola bilmək, onun həyatına toxunmaq qədər dəyərli bir şey yoxdur.

– Hazırlıq dövründə qarşılaşdığın ən böyük çətinlik nə oldu?

– Əsasən blok fənlərində — kimya, fizika və biologiyada başa düşməkdə çətinlik çəkdiyim bəzi mövzular olurdu. Bunları isə təkrar etməklə və müəllimlərimdən yenidən izah tələb etməklə həll etdim.

– DİM imtahanına necə hazırlaşırdın? Sənə ən çox çətinlik yaradan fənn hansı idi?

– Mənə ən çox çətinlik yaradan fənn biologiya oldu. Çünki fizika və kimya daha çox dəqiq elmlərdir, biologiya isə daim yenilənir, yeni məlumatlar əlavə olunur. Buna görə də biologiya sanki sonsuz bir dəryadır.

– Hazırlıq zamanı motivasiyanı necə qoruyurdun?

– Düzünü desəm, motivasiya bir yerə qədər davam edir, ondan sonrası isə disiplin və əzmlə mümkündür. Yorğunluq və stress motivasiyanı azaldır. Geriyə sadəcə nəticədə olmaq istədiyin sən, arzuların və xəyalların qalır. Bu da insanı yoluna davam etməyə məcbur edir.

– Ailən və müəllimlərin bu yolda sənə necə dəstək oldu?

– Anam daim mənə inandı. "Alınmaz” dediyim anlarda mənə böyük dəstək oldu, motivasiya verdi. Müəllimlərimin əziyyəti də çoxdur. Onların dəstəyi, hətta sadə sözləri belə insana güc verir. Ailəmlə yanaşı, müəllimlərimin də bu yolda rolu böyükdür.

– Qardaşınla birgə imtahanlara hazırlaşmaq necə hiss idi? Rəqabət və ya motivasiya baxımından bu sizə necə təsir etdi?

– Qardaşımla fərqli sahələr və imtahanlar üzrə hazırlaşdığımız üçün yollarımız bir az ayrı idi. Birlikdə verdiyimiz yeganə imtahan buraxılış imtahanı oldu. Qardaşım həm yarışlara, həm də öz imtahanına görə çox az müddətdə hazırlaşmalı oldu. Bu vaxt bilmədiyimiz mövzuları müzakirə edir, bir-birimizə doğru yolu göstərirdik.

– Hansı anlar oldu ki, bir-birinizə dəstək olaraq çətinliklərin öhdəsindən gəldiniz?

– Buraxılış imtahanına hazırlaşan zaman əsasən Azərbaycan dili fənnində ona dəstək olmağa çalışdım. Çünki mətnlərə yanaşma və qrammatikadakı bəzi incəliklər çaşdırıcı ola bilərdi. Bir-birimizə dəstək olaraq həmin imtahanın da öhdəsindən gəldik.

– Eyni vaxtda qəbul nəticələrini gözləmək sizə hansı emosiyaları yaşatdı?

– Qəbul nəticələrimiz tam eyni gündə yox, iki gün fərqlə açıqlanmışdı. Özümün təxminən hansı universitetə düşəcəyimi bilirdim, buna görə də qardaşımın nəticəsini dörd gözlə gözləyirdim.

– Qəbul nəticən açıqlananda ilk nə hiss etdin?

– Əvvəlcə bir az kədərləndim, sonra isə böyük sevinc hiss etdim. Artıq tibb tələbəsi idim. Bu hissi sözlərlə izah etmək çətindir.

– Evdə qəbul sevinci necə qarşılandı? O anı necə xatırlayırsan?

– Evdə hamı çox sevindi. Amma Qarabağ Universitetinə qəbul olduğum üçün ailəmdən bir qədər uzaqlaşmaq çətin idi. Çünki qardaşım Türkiyəyə, mən isə Qarabağa gedəcəkdim. Anam isə burada qalacaqdı. Daha sonra "yaxşısı bu imiş” deyərək sevincimizə davam etdik.

– Uşaqlıqdan bəri iştirak etdiyiniz intellektual yarışlar sizə necə təsir etdi?

– Bu yarışlar sayəsində komandada birliyin, sürətli qərar verməyin önəmini öyrəndik. Bəzən qalib gəldik, bəzən məğlub olduq, amma hər ikisi bizə çox şey öyrətdi.

– Qarabağ Universitetində təhsil almaqla bağlı gözləntilərin nələrdir?

– Düşünürəm ki, Qarabağ Universitetində heyətin savadlı olması, bizim ilk tibb tələbələri kimi seçilməyimiz, müasir klinika və tədris otaqlarının mövcudluğu həm mənim, həm də bütün tələbələrin inkişafı üçün əlverişli olacaq.

– Gələcəkdə hansı sahədə ixtisaslaşmaq istəyirsən?

– Hələ tam qərar verməmişəm, amma hazırkı düşüncəmə görə oftalmoloq olmaq istəyirəm.

– Tibb sahəsində nümunə götürdüyün bir şəxs varmı?

– Tibb sahəsində oxuyan bir neçə dostum var, onların dəstəyi mənim üçün çox dəyərli olub. Həm onlar, həm də sosial mediada gördüyüm bir çox tibb tələbələri mənim üçün ilham mənbəyi idi.

– Hazırda imtahanlara hazırlaşan abituriyentlərə nə məsləhət verərdin?

– Ruhdan düşsələr belə yollarına davam etsinlər. Çətinliklər mütləq olacaq, amma onların öhdəsindən gəlmək mümkündür. Bu yol həm uzun, həm də bəzən keşməkeşli olur, amma sonunda böyük sevinclər gətirir. Xəyallarınızın arxasınca gedin, özünüzə inanın — o zaman heç bir maneə sizi dayandıra bilməyəcək.

– Səncə, uğur qazanmaq üçün ən vacib amil nədir?

– Məncə, uğur qazanmaq üçün ən vacib amillər iradə, əzm, disiplin və plandır.

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbir keçirilib

Bütün xəbərlər
Dünən, 18:00

Bakı və Sumqayıt dünya təhsil xəritəsində: IELS 2025-dən diqqətçəkən rəqəmlər

Bütün xəbərlər
Dünən, 17:25

Sumqayıt məktəblisi ABŞ-nin nüfuzlu ali məktəbinə qəbul olub

Bütün xəbərlər
Dünən, 17:25

Sumqayıtda avtomobil yolu çöküb

Bütün xəbərlər
Dünən, 17:00

SDU-nun yeni rektoru Nurəli Yusifbəyli kimdir? - DOSYE

İdman
Dünən, 16:44

"Sumqayıt"ın futbolçusu: "Hakimlərin bizə qarşı səhv etməsi kədərlidir…"

Bütün xəbərlər
Dünən, 16:34

SDU-ya yeni rektor təyin edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 16:15

Sumqayıtda yanğından zəhərlənən ana və qızın vəziyyəti

Bütün xəbərlər
Dünən, 16:04

Sumqayıtda sabah şimşək çaxa bilər

Bütün xəbərlər
Dünən, 15:22

Sumqayıtda fəhlə öldü, suallar qaldı - MƏSULİYYƏT KİMDƏDİR?

Bütün xəbərlər
Dünən, 14:42

Sumqayıtda zibil qutuları qapaqsız qalıb: Ərazi zibilliyə çevrilir

Bütün xəbərlər
Dünən, 14:38

Sumqayıtda biabırçılıq - Zibil konteyneri yolun ortasına qoyulub

Bütün xəbərlər
Dünən, 13:58

"Taksi deyir ki, məni hara gətirmisən" - Saraydan şikayət

Bütün xəbərlər
Dünən, 13:18

İctimai nəqliyyatda ÖDƏNİŞ PROBLEMİ - Bank kartları niyə bloklanır?

Bütün xəbərlər
Dünən, 12:36

Sumqayıtın qəsəbəsində uşaqlar üçün yeni məkan hazırlanır

Bütün xəbərlər
Dünən, 11:57

Sumqayıtda pensiyalar bu tarixdə ödəniləcək

Bütün xəbərlər
Dünən, 11:16

Futbol oynayarkən ölən sumqayıtlı tələbənin FOTOSU

Bütün xəbərlər
Dünən, 10:36

Sumqayıtda təcili yardım böhranı- Xəstələr riskdə

İdman
Dünən, 09:55

"Sumqayıt" keçmiş oyunçusunu qaytarmaq istəyir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıtlıları ölümlə üz-üzə qoyan RİSKLİ YOL

Bütün xəbərlər
04 may 2026, 19:30

Bakıya gedən sumqayıtlıların nəzərinə - Xüsusi hərəkət zolaqları təşkil ediləcək

Bütün xəbərlər
04 may 2026, 19:00

Sumqayıtda laqeydlik pik həddə : "Zibil atmayın" elanı cırıldı

Bütün xəbərlər
04 may 2026, 18:27

Hər an uçma təhlükəsi olan yataqxana

Bütün xəbərlər
04 may 2026, 18:00

Sumqayıta gecə yağış yağa bilər

Oxşar xəbərlər