Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə yardım məqsədilə növbəti humanitar yardım karvanı göndərilib. Bu haqda 23 fevral tarixində Sumqayıt24 Apa.az-a istinadən xəbər verir.
Bu gün "Kimyaçılar" sarayının qarşısından 6 ədəd modul tipli ev və 91 min AZN dəyərində olan zəruri humanitar yardım yola salınıb.
Bununla da son 10 gün ərzində Sumqayıtdan 21 modul tipli ev, 6 kabinəli bir sanitar qovşağı və 812 min manat məbləğində zəruri humanitar yardım göndərilib.