Xocalı rayonuna növbəti köç karvanı yola salınıb.
Apa.az-ın məlumatına görə, Böyük Qayıdış proqramına uyğun olaraq, Xanyurdu kəndinə bu mərhələdə 15 ailə (46 nəfər) köçürülür.
Köçürülən ailələr bu günə kimi Sumqayıt, Goranboy, Bərdə, Abşeron, Bakı şəhər və rayonlarında əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.