Sumqayıtda konsert keçirilib. Bu haqda DünyaTV-yə istinadən xəbər veririk.
Şəhərimizin 73 yaşına həsr edilmiş tədbir Muğam Mərkəzində baş tutub. Burada icra başçısı Zakir Fərəcov, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Onlar Sumqayıtın tarixindən bəhs olunan filmi izləyib, məşhur müğənnilərin ifa etdiyi mahnıları dinləyiblər.