Sumqayıt şəhəri ərazisində iməcilik işləri görülüb. Sumqayıt24 bu haqda 7 may tarixində xəbər verir.
İşlər İcra Hakimiyyəti binasının önündə, həmçinin Qaz İstismarı sahəsinin inzibati binasının təsərrüfat həyətində və QTM-lərdə aparılıb. Burada işçilər yaşıllıqların suvarılması, ağacların dibinin yumşaldılması, alaqların məhv edilməsi, ərazinin tullantı və zibillərdən təmizlənməsi ilə məşğul olublar. [modula id="14624"]