Sumqayıt şəhərinin çıxışında avtomobil piyadanı vuraraq öldürüb. Bu haqda Sumqayıt24-ün müxbiri xəbər verib.
Bədbəxt hadisə, Sumqayıtdan H.Z. Tağıyev qəsəbəsinə gedən yolda baş verib. İlkin məlumata görə, adı hələlik məlum olmayan şəxs, yolu keçmək istəyən 50-60 yaş arası qadını vurub. Qadın yerindəcə keçinib. Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.