Sumqayıtın dəniz sahilində vəziyyət ürəkaçan deyil. Sumqayıt24-ə bu haqda 10 iyun tarixində oxucular məlumat verib.
Sahilboyu antisanitariya vəziyyəti müşahidə olunur. Burada müxtəlif qida və məişət tullantılarına rast gəlinir. Məlumata görə, əraziyə istirahət üçün gələn bəzi sakinlər yemək yeyəndən sonra qalan zibili sahildə saxlayır və ya daha da pis - dənizə atır.
Şəhərimizdə çimərlikdən istifadə qadağan olunsa da, insanlar hər gün buraya gəzmək və idman etmək məqsədilə gəlir. Qarşılaşdıqları mənzərə isə onları məyus edir.
[modula id="16558"]