Sumqayıtın məşhur “Dejurni” stadionu baxımsız vəziyyətdədir. Bu haqda, Sumqayıt24-ə oxucular xəbər veriblər.
Sözügedən meydança, 38 nömrəli məktəbin arxasında yerləşir. Burada, futboldan əlavə, uzun illər otüstü hokkey məşqləri və yarışları da keçirilirdi. Lakin, illər keçdikcə stadionun süni ot örtüyü pis vəziyyətə düşdü və hal-hazırda da eyni vəziyyətdə qalmaqdadır.
Qeyd edək ki, çətin olsa da, meydançada futbol məşqləri hələ də keçirilməkdədir.