top
Sumqayıtın deputatları harada istirahət edəcəklər?
16 iyul 2026, 12:21
- ↺ +

Sumqayıtın deputatları harada istirahət edəcəklər?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bildiyiniz kimi, Milli Məclisin ənənəvi yay tətili başlayıb. Qanunvericiliyə əsasən, parlament hər il iyulun 15-dən avqustun 30-dək fəaliyyətini dayandırır və deputatlar məzuniyyətə yollanırlar.

Sumqayit24.az Milli Məclisdə Sumqayıtı təmsil edən deputatların bu il yay məzuniyyətini harada keçirəcəklərini öyrənməyə çalışıb.

Deputat Elnarə Akimova bildirib ki, məzuniyyətinin böyük hissəsini doğma Sumqayıtda keçirəcək:

"Məzuniyyətimi əsasən yaşadığım Sumqayıt şəhərində keçirəcəm. Üzərində işləməli olduğum iki kitabım var. Bu mənada, məzuniyyət hər zaman mənə tədqiqatlarıma köklənməyim üçün yaxşı fürsət olur. Ümumiyyətlə, mənim üçün evin verdiyi hüzuru heç nə əvəz etmir. Yalnız avqust ayında on günlük Qusarda dincəlməyi düşünürəm. Orada ata əmanəti yeganə bibim yaşayır. Hər məzuniyyət vaxtı həm onu ziyarət edir, həm də dincəlirəm".

Deputat Hicran Hüseynovanın köməkçisi isə bildirib ki, deputat yay məzuniyyətini Bakıda ailəsi və nəvələri ilə birlikdə keçirəcək.

Tahir Mirkişilinin köməkçisi deputatın məzuniyyət planları barədə məlumatlı olmadığını deyib.

Bununla yanaşı, Sumqayıtı təmsil edən digər deputatlar – Mehriban Vəliyeva, Səbinə Salmanova və Zaur Şükürov redaksiyamızın sorğusunu cavablandırmayıblar. 

Beləliklə, Sumqayıt deputatlarından yalnız ikisinin məzuniyyət planları açıqlanıb, bir deputat barədə məlumat əldə etmək mümkün olmayıb, üç deputat isə mediaya ünvanlanan sorğunu cavabsız qoyub. Bu isə millət vəkillərinin mediaya açıq olub-olmamaları məsələsini bir daha gündəmə gətirir.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
Bu gün, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
Bu gün, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
Bu gün, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Bütün xəbərlər
Bu gün, 15:40

Sumqayıtda narkotik dövriyyəsinə qarşı əməliyyat

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda yolun müəyyən hissəsinin zəbt edilməsinə etiraz

Bütün xəbərlər
Bu gün, 14:20

SDU tələbələrinin süni intellekt layihəsi 60 komanda arasında SEÇİLDİ

Bütün xəbərlər
Bu gün, 13:40

Uşaqlıq arzusunu gerçəkləşdirdi - Sumqayıtdan Gəncəyə piyada getdi

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi

İdman
Bu gün, 12:30

"Sumqayıt" bu gün "Zirə" ilə qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 12:00

Sumqayıt hansı hava ilə nəfəs alır? Son aylarda şəhərin ekoloji vəziyyəti ilə bağlı nələr məlum olub? - ARAŞDIRMA

Bütün xəbərlər
Bu gün, 11:13

Sumqayıtda yolların təmirinə 2,4 milyon manat ayrılıb

Bütün xəbərlər
Bu gün, 10:00

Coratda avtobus dayanacağı ilə bağlı şikayət nəticə verdi

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtda fəhlə vakansiyası elan edildi - ŞƏRTLƏR

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən Müharibəsinin 27-ci günü baş verənlər - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:57

Sumqayıtlı model: "TikTok"a görə 1000 manat vergi borcu yazıblar"

İdman
Dünən, 17:20

Ağır qəzaya düşən sumqayıtlı cüdoçu idmana nə vaxt qayıdacaq?

Bütün xəbərlər
Dünən, 16:47

Sumqayıtda zibil qutularının dolub-daşdığı ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:37

Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanıldı

Kriminal
Dünən, 16:23

Sumqayıtda çay evində BIÇAQLANMA - 64 yaşlı kişi tutuldu

Bütün xəbərlər
Dünən, 16:17

Sumqayıt məhkəməsində anasını öldürən şəxsə hökm oxundu

Bütün xəbərlər
Dünən, 15:46

Bakı, Sumqayıt və daha 4 şəhərin su təchizatına o rəhbərlik edəcək

Bütün xəbərlər
Dünən, 15:45

Rafael Ağayevin "qayıdışı" təxirə salınıb…

İdman
Dünən, 15:10

Sumqayıt idmançısının beynəlxalq uğuru diqqət mərkəzində

Oxşar xəbərlər