Sumqayıt şəhərinin eko-səfiri mükafatlandırılıb.
Sumqayit24.az xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan və ölkəmizdə fəaliyyət göstərən 3 mindən çox Azərbaycan Könüllüsünü bir araya toplayan “Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu” baş tutub.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov və digər dövlət qurumlarının rəsmiləri iştirak ediblər.
Forum çərçivəsində gənclər 2024-cü il üzrə “İlin Könüllüsü” mükafatı ilə 5 nominasiya üzrə təltif olunublar. Mükafatçıların arasında Sumqayıtın eko-səfiri Famil Pirəliyev də var.