Sumqayıtda atmosfer havasının keyfiyyəti yoxlanılıb. Sumqayıt24 bu haqda 16 mart tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə monitorinq həyata keçirilib. Əldə edilən məlumatların təhlilinə əsasən, bu gün Sumqayıtda azot-4 oksid 1.1 dəfə normadan çox olub.
Oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensivliyi və digər antropogen təsirlərdir.