top
Sumqayıtın hər qarışı ticarət obyektinə çevrilir…
12 mart 2026, 15:20
- ↺ +

Sumqayıtın "hər qarışı" ticarət obyektinə çevrilir…

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda ictimai istifadə üçün nəzərdə tutulan ərazilərin tədricən ticarət obyektlərinə çevrilməsi artıq adi hala çevrilib. Şəhərin müxtəlif nöqtələrində boş qalan hər qarış sahənin kommersiya məqsədilə istifadə edilməsi halları günü-gündən artır. Bu tendensiya isə sakinlərin rahatlığını arxa plana keçirir.

Belə hallardan biri Koroğlu prospekti, 12-ci mikrorayon ərazisində yerləşən avtobus dayanacağında müşahidə olunur. Sərnişinlərin avtobus gözləməsi üçün nəzərdə tutulan dayanacaq faktiki olaraq kiçik ticarət nöqtəsinə çevrilib. Dayanacaqda günəbaxan tumlarının satış vitrini, saqqız aparatı və enerji içkiləri üçün soyuducu yerləşdirilib.

Nəticədə dayanacağın içərisində, xüsusilə sol tərəfində sərnişinlərin dayanması üçün nəzərdə tutulan sahə xeyli daralıb. Yağışlı və küləkli havalarda dayanacaqda avobus gözləyən sərnişinlərin qorunması üçün yer qalmır və insanlar istər-istəməz çöldə gözləməli olurlar.

Müşahidələr göstərir ki, şəhərdə bu cür hallar təkcə bir dayanacaqla məhdudlaşmır. İctimai istifadəyə ayrılmış sahələrin tədricən ticarət obyektlərinə çevrilməsi şəhər mühitində həm estetik, həm də funksional problemlər yaradır.

Avtobus dayanacaqları ilk növbədə sərnişinlərin rahatlığı üçün nəzərdə tutulduğu üçün bu məkanlarda ticarət avadanlıqlarının yerləşdirilməsi məhdudlaşdırılmalıdır. Əks halda, şəhərdə dayanacaqların əsas funksiyası arxa plana keçəcək və onlar sadəcə satış məntəqəsinin əlavəsinə çevriləcək.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Dünən, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Dünən, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Dünən, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Dünən, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Dünən, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Dünən, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
25 oktyabr 2026, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
25 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Oxşar xəbərlər