top
Sumqayıtın ilk şəhidi Mahir Xələfli
14 oktyabr 2025, 04:09
- ↺ +

Sumqayıtın ilk şəhidi Mahir Xələfli

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mahir Xələfli 8 aprel 2001-ci ildə Sumqayıt şəhərində dünyaya göz açıb. Onun ailəsi Qubadlı rayonunun Qiyaslı kəndindəndir və 1980-ci ildə “Gənclik şəhəri”nə pənah gətirərək talelərini bu şəhərlə bağlayıblar. Mahir orta təhsilini Sumqayıtda yerləşən Qubadlı rayonu B.Mehdiyev adına 2 saylı tam orta məktəbdə alıb. 2017-ci ildə 9-cu sinfi bitirdikdən sonra, təhsilini Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki 197 saylı Peşə Liseyinə verib. 2020-ci ildə liseyi bitirib. Kiçik yaşlarından Mahir idmana hədsiz maraq göstərib. "Polad", "Zirvə" idman klublarının üzvü olan Mahir 2010-2020-ci ilin fevralınadək olan müddət ərzində şəhər və respublika yarışlarında böyük həvəslə iştirak edərək, bir çox nailiyyətlərə imza atır. Qazandığı uğura görə Fəxri Fərman, diplom, medal və hədiyyələrlə mükafatlandırılır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsi tərəfindən "Çağırış" vəsiqəsi alan Mahir iyulun 9-u 2020-ci ildə Vətən qarşısında borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə - Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəyə yola düşür. Andiçmə mərasimindən sonra 14 sentyabr tarixində o, Daşkəsənə, Xoşbulaq kəndindəki "N" saylı hərbi hissəyə göndərilir.

2-ci Qarabağ müharibəsi başlayan gün - sentyabrın 26-dan 27-nə keçən gecə Azərbaycan Ordusunun 19 yaşlı cəsur əsgəri Mahir Xələfli Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.

Qürur yerimiz olan 19 yaşlı şəhidimizin nəşi 27 sentyabrda doğulub boya-başa çatdığı Sumqayıt şəhərinə gətirilir və 28 sentyabr 2020-ci il tarixində Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılır.

Azərbaycan Silahlı Qüvvələrinin məğrur, qeyrətli, qorxmaz döyüşçüsü 19 yaşlı əsgər Mahir Muxtar oğlu Xələfli ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

2021-ci ildə Sumqayıt şəhəri 1 saylı İnternat tipli Liseydə, TET Gimnaziyada və 9 saylı tam orta məktəbdə bir sinfə şəhidimizin adı verilib.

 

 

 

 

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 20:51

Ceyranbatanda şagirdlərin qida zəhərlənməsi faktı təsdiqlənməyib

Bütün xəbərlər
Dünən, 19:00

Xəstəxana bağlı qalıb, təmir isə görünmür: Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda ağac kəsilib yerində obyekt quraşdırılıb? - İDDİA

İdman
Dünən, 16:42

Sumqayıtlı MMA döyüşçüsü çəki limitini keçdi - qarşılaşması ləğv edilmədi

Bütün xəbərlər
Dünən, 16:10

Qatarlarda unudulan əşyaların sayı açıqlandı – Bakı-Sumqayıt ilk sırada

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda piyadanı vuraraq öldürən şəxs yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
Dünən, 14:43

19 yaşında Vətənə canının fəda edən Teymurun doğum günüdür

İdman
Dünən, 13:51

"Sumqayıt" - "Şəfa" oyunu ilə bağlı azarkeşlərə MÜJDƏ

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıta gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 12:17

Sumqayıtda 5 nömrəli avtobus sakinləri cana yığıb - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:30

Coratda bu küçə asfaltlanır

Bütün xəbərlər
Dünən, 10:18

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Dünən, 09:22

Sarayda kişi borc aldığı arvadını bıçaqladı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 33-cü günü - XRONİKA

İdman
28 oktyabr 2026, 18:30

Sumqayıtda gənc cüdoçular arasında yarış keçiriləcək

Bütün xəbərlər
28 oktyabr 2026, 18:00

Sarayda küçənin bir hissəsini inşaat qalıqları zəbt edib - ŞİKAYƏT

Bütün xəbərlər
28 oktyabr 2026, 17:30

Sumqayıtda sabah çiskin gözlənilir

Bütün xəbərlər
28 oktyabr 2026, 16:41

Riad Rəfiyev: "Zaman keçdikcə daha güclü "Sumqayıt" görəcəyik"

Bütün xəbərlər
28 oktyabr 2026, 15:56

Sumqayıtda kişi arvadını yeməyə görə döydü

Bütün xəbərlər
28 oktyabr 2026, 15:00

Bakı və Sumqayıt tələbələri üçün beynəlxalq İT proqramına qeydiyyat başlayır

Bütün xəbərlər
28 oktyabr 2026, 14:20

Sumqayıtda sakinlərdən zibilin daşınması ilə bağlı TƏLƏB

Bütün xəbərlər
28 oktyabr 2026, 14:00

Sumqayıt məktəblisi beynəlxalq olimpiadada BİRİNCİ OLDU

Bütün xəbərlər
28 oktyabr 2026, 13:30

Sumqayıtda naqil və velosiped oğruları saxlanıldı

Oxşar xəbərlər