Sumqayıt şəhər İ.Qayıbov adına 1 nömrəli məktəbin fizika və STEAM müəllimi Aliyə Əhmədova Beynəlxalq “Climate Change Challenge Teacher Competetion 2024” (İqlim Dəyişikliyi Çağrışı Müəllim Müsabiqəsi) müsabiqəsinin 5 finalçısından biri olub.
O, müsabiqənin elan etdiyi beş əsas mövzudan (“Havanın çirklənməsi”, “Ekstremal hava”, “Su qıtlığı”, “Ərzaq təhlükəsizliyi”, “Biomüxtəliflik”) birini seçib, su qıtlığı problemini dərs prosesində şagirdlərə çatdıracaq metodu təklif edib.
A.Əhmədova suyun təkrar istifadəsi üçün fənlərin inteqrasiyalı tədrisinə imkan verən, tədris proqramına uyğunlaşdırılması mümkün olan, təxminən 2 aylıq əhatəli və müasir tədris proqramı və dərs nümunələri hazırlayaraq finala çıxıb.