Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 50 illiyi qeyd olunur.
Sumqayıt24 xəbər verir ki, yubiley münasibətilə Səməd Vurğun adına Mərkəzi şəhər kitabxanasının Metodika və biblioqrafiya şöbəsi tərəfindən “Sumqayıt MKS-in biblioqrafik və metodik vəsaitlərinin göstəricisi" tərtib edilib.
Sözügedən vəsaitdə Mərkəzi kitabxana və kitabxana filiallarının 1979-cu ildən 2023-cü ilədək hazırladığı biblioqrafik və metodik vəsaitlər əhatə olunub.
Vəsaiti link vasitəsilə yükləyə bilərsiniz.