Sumqayıt Tibb Mərkəzi səyyar tibbi aksiyaya start verib. Bu haqda 14 iyul tarixində Sumqayıt24 xəbər verir.
Aksiya çərçivəsində H.Z. Tağıyev və Corat qəsəbələrində, "Stansiya Sumqayıt" yaşayış massivində 65 yaş və yuxarı yaş qruplarından olan sakinlərin müayinəsi həyata keçiriləcək. Terapevt, oftalmoloq, kardioloq və USM həkimi 150-yə yaxın pasiyenti qəbul edəcək.
Səhhətində problem olan vətəndaşlara göndərişlər təqdim olunacaq, müvafiq xidmətin verilməsi təmin ediləcək.
Tibbi aksiyanın ilk günü Hacı Zeynalabdin qəsəbəsində 50-ə yaxın şəxs müayinədən keçib. Onlara müxtəlif tövsiyələr verilib, sualları cavablandırılıb.