Sumqayıtda internet təchizatının təmin edilməsi məqsədilə işlər davam edir. Sumqayıt24 bu haqda 30 iyun tarixində xəbər verir.
Hazırda bu istiqamətdə işlər H.Z. Tağıyev qəsəbəsində aparılır. Qəsəbənin hər bir küçəsinə xüsusi dirəklər quraşdırılıb. Onlar vasitəsilə burada internet-telefon xətti çəkiləcək. Bildirilir ki, şəhərimizi əhatə edən digər qəsəbə və yaşayış massivlərinə bu cür xətlərin çəkilməsi planlaşdırılır.