Sumqayıtın sentyabrın 10-na olan hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometerologiya Xidmətinə istinadən xəbər verir ki, sabah havanın dəyişkən buludlu olacağı, gündüz havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Temperatur gecə 20-24°, gündüz 27-30° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz 50-55% təşkil edəcək.