Sumqayıt şəhər Sovetinin keçmiş deputatı Şakir Həsənov dünyasını dəyişib. Bu haqda bu gün, 28 mart tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, 1990-1995-ci illərdə şəhərimizin deputatı olan tanınmış inşaatçı 75 yaşında vəfat edib.
“Əmək” ordeni və “Tərəqqi” medalına layiq görülmüş, beynəlxalq “Sokrat” mükafatı laureatı olan Həsənov 1947-ci ildə Masallı rayonunun Boradigah kəndində anadan olub. O, bir sıra dövlət əhəmiyyətli obyektlərin tikinti işlərinə rəhbərlik edib.