Sumqayıtda polis rəisinin müavini işləmiş şəxsə yüksək vəzifə verilir. Sumqayıt24 bu haqda 28 dekabr tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ləğvi gözlənilir. Əvəzində isə DİN-in tabeliyində Naxçıvan Baş Polis İdarəsi yaradılacaq. Qurum polis polkovniki Süleyman Nemətova həvalə olunacaq.
Qeyd edək ki, Süleyman Nemətov əvvəl Sumqayıtda rəis müavini, Qubada və Suraxanıda rəis kimi fəaliyyət göstərib.