Sumqayıtı içməli su ilə təchiz edən anbar gücləndirilmiş iş rejiminə keçib. Sumqayıt24 bu haqda bu gün, 1 iyun tarixində “Azərsu” ASC-yə istinadən xəbər verir.
Yay mövsümünə hazırlıq çərçivəsində Ceyranbatan su anbarının ehtiyat həcmi 90% təmin edilib. Ceyranbatan klassik təmizləyici qurğuların 3-cü növbəsi yenidən işə salınaraq, emal gücü saniyədə 9 kubmetrə çatdırılıb. Bundan əlavə, yayda xam suda üzvi maddələrin artması nəzərə alınaraq Ultrasüzgəcli Sutəmizləyici Qurğuların qəbul xətləri, supaylayıcı kamerası, mexaniki süzgəc sexi və xam su anbarı yuyularaq dezinfeksiya olunub, membran süzgəclərin 50 %-i yenilənib.