Sumqayıtın “SUMbuilders” texnoloji komandasının təqdimatı keçirilib. Bu haqda komandanın rəsmi Facebook səhifəsinə istinadən xəbər veririk.
Bu dəfə təqdimat Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunub. Şagirdlərə əldə edilmiş uğurlardan və texnoloji yeniliklərdən məlumat verilib.
Qeyd olunub ki, bu mərkəz və komandanın əməkdaşlığı davamlı və səmərəli olacaqdır.