top
Sumqayıtın tarixi BAŞ PLANI
11 sentyabr 2025, 04:43
- ↺ +

Sumqayıtın tarixi BAŞ PLANI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Arxiv mənbələri və dövrün mətbuat materialları göstərir ki, Sumqayıt şəhərinin salınmasının nəzəri bazası rəsmi tarixdən daha əvvəl – hələ 1930-cu illərdə formalaşdırılıb.

1934-cü ildə SSRİ-də nəşr olunan “Планировка и строительство городов” jurnalında Abşeron yarımadasının baş planı dərc edilib. Həmin xəritədə Bakı ilə yanaşı, Hovsan, Mərdəkan, Bilgəh və digər yaşayış məntəqələri ilə bərabər Sumqayıt ayrıca sənaye və yaşayış mərkəzi kimi göstərilib. Bu fakt, Sumqayıtın Sovet urbanizmi çərçivəsində öncədən nəzərdə tutulan planlı şəhərlərdən biri olduğunu təsdiqləyir.

Sovet İttifaqı rəhbərliyi 1930-cu illərdə Abşeronu ağır sənaye mərkəzinə çevirmək qərarı qəbul edib. Bu məqsədlə Abşeronda ikinci böyük sənaye mərkəzinin salınması planlaşdırıldı. İlk tikinti işlərinə 1938-ci ildə başlanılsa da, İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq işlər dayandırıldı. Yalnız 1944-cü ildə, müharibənin son mərhələsində, tikinti işləri yenidən bərpa olundu.

Şəhərin baş planı isə daha sonrakı illərdə konkret formalaşdırıldı. 1948-ci ildə Moskvadakı layihə institutlarından birində Sumqayıtın sənaye şəhəri kimi baş planı hazırlandı.Şəhərin yaşayış zonalarının layihələşdirilməsi isə Azərbaycan Dövlət Baş Layihə İnstitutunun payına düşdü. Bu layihə 1947–1949-cu illərdə işlənib hazırlanıb, müəllifləri Saburov, İsayev və Brjesinskaya olublar.

Nəhayət, 1949-cu ildə Sumqayıta şəhər statusu verildi. Beləliklə, 1934-cü ildə planlaşdırma sənədlərində adı çəkilən Sumqayıt 15 ildən sonra reallığa çevrilərək, planlı şəkildə salınan sənaye şəhərlərindən biri oldu.

Sumqayitxeber.com Sumqayıtın tarixi ilə bağlı mühüm faktı əks etdirən 1934-cü ilin planlaşdırma sənədini əldə edərək oxucularına təqdim edir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
Bu gün, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
Bu gün, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
Bu gün, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
Bu gün, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
Bu gün, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
Bu gün, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
Bu gün, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 13:00

SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı

İdman
Bu gün, 12:30

Sumayıtlı boksçu dünya üçüncüsü oldu

Bütün xəbərlər
Bu gün, 11:45

Bakıətrafı ərazilərdə dəmiryol stansiyalarının sayı artırılır: Siyahıda Saray da var

Bütün xəbərlər
Bu gün, 10:35

Sumqayit24.az quruma məlumat verdi - zibil qutularının yeri dəyişdirildi

Bütün xəbərlər
Bu gün, 09:53

Sumqayıtda 5 nömrəli avtobusun intervalı 13 dəqiqədir - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıt Dövlət Universiteti 155 min manata mebel alır

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 20:51

Ceyranbatanda şagirdlərin qida zəhərlənməsi faktı təsdiqlənməyib

Bütün xəbərlər
Dünən, 19:00

Xəstəxana bağlı qalıb, təmir isə görünmür: Sumqayıtdan ŞİKAYƏT

İdman
Dünən, 16:42

Sumqayıtlı MMA döyüşçüsü çəki limitini keçdi - qarşılaşması ləğv edilmədi

Bütün xəbərlər
Dünən, 16:10

Qatarlarda unudulan əşyaların sayı açıqlandı – Bakı-Sumqayıt ilk sırada

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda piyadanı vuraraq öldürən şəxs yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
Dünən, 14:43

19 yaşında Vətənə canının fəda edən Teymurun doğum günüdür

İdman
Dünən, 13:51

"Sumqayıt" - "Şəfa" oyunu ilə bağlı azarkeşlərə MÜJDƏ

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıta gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 11:30

Coratda bu küçə asfaltlanır

Oxşar xəbərlər