Sumqayıtın Tarixi Muzeyində 2 Fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar “açıq qapı” olacaq. Sumqayıt24 bu barədə 31 yanvar tarixində Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.
Bununla əlaqədar fevralın 1-i və 2-si yaşı 14-29 aralığında olan şəxslərin muzeyə girişi sərbəst şəkildə olacaq.
Layihə gənclərin muzey müəssisələri vasitəsilə Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə həyata keçirilir.