Sumqayıtda "Qurtuluşdan Zəfərə Gedən Yol” adlı elmi-praktiki konfrans keçirilib. Bu haqda bu gün, 11 iyun tarixində Sumqayıtın Tarixi Muzeyinə istinadən xəbər veririk.
Sumqayıtın Tarixi Muzeyində təşkil edilən konfrans 15 iyun - Milli Qurtuluş Günü münasibətilə keçirilib. Tədbir iştirakçıları Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsinin aradan qaldırılmasından danışıblar. Sonra sənədli materiallar əsasında hazırlanan film nümayiş olunub.
Tədbirin sonunda qonaqlara muzeyin ekspozisiyası haqqında ətraflı ekskursiya keçirilib.