Sumqayıt Tibb Mərkəzinin əməkdaşlarından ibarət heyət ölkədə ilk dəfə keçirilən konqresə qatılıb. Sumqayıt24 bu haqda bu gün, 8 aprel tarixində mərkəzin Facebook səhifəsinə istinadən xəbər verir.
Azərbaycanda ilk dəfə keçirilən “Birinci Beynəlxalq Pediatriya, Uşaq Cərrahiyyəsi və Tibb bacıları” konqresi Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən təşkil olunub.