Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində fəaliyyət göstərən bir sıra tibb müəssisələrində Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirmə tədbirləri keçirilib.
Sumqayit24.az xəbər verir ki, tədbirlər Təcili Tibbi Yardım Xəstəxanasında, Perinatal Mərkəzdə, 3 və 7 nömrəli ailə sağlamlıq mərkəzlərində baş tutub.
Seminarlarda mülki müdafiənin tarixi və mahiyyəti barədə geniş izahat verilib, fövqəladə hadisələr zamanı fəaliyyət ardıcıllığı iştirakçıların nəzərinə çatdırılıb.
Təbii və texnogen xarakterli fövqəladə hallar zamanı xəstələrin mühafizəsinin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.