top
Sumqayıtın unudulmuş, problemlərdə batan yaşayış massivi - VİDEO
29 may 2025, 23:26
- ↺ +

Sumqayıtın unudulmuş, problemlərdə batan yaşayış massivi - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Sumqayıtçay” stansiyası yaşayış massivinin sakinləri ağır infrastruktur və sosial problemlərlə üz-üzədir.

Sumqayit24.az xəbər verir ki, yolların olmaması, kanalizasiya sisteminin qurulmaması, ictimai nəqliyyıtən fəaliyyət göstərməməsi və vətəndaşların qeydiyyat məsələlərinin həll olunmaması bu ərazidə həyat şəraitini dözülməz hala gətirib.

Yolların olmaması – hərəkət azadlığına maneə

Massivdə asfaltlı yollar yoxdur. Sakinlər torpaq yollardan istifadə etməyə məcburdurlar. Xüsusilə payız və qış aylarında yağışdan sonra yollar palçığa çevrilir, nə piyada, nə də avtomobillə hərəkət etmək mümkün olur. Uşaqlar məktəbə getməkdə, yaşlılar və xəstə insanlar isə tibbi yardıma çıxışda böyük çətinlik yaşayırlar. Təcili yardım və digər operativ xidmətlər əraziyə ya çətinliklə daxil olur, ya da ümumiyyətlə gələ bilmir.

Kanalizasiya sisteminin yoxluğu – sanitariya fəlakəti

Ərazidə mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur. Sakinlər ya fərdi çirkab su çənlərindən istifadə edir, ya da çirkab sularını açıq sahələrə axıtmağa məcbur qalırlar. Bu isə həm ətraf mühitin çirklənməsinə, həm də müxtəlif infeksiyaların yayılma riskinə səbəb olur. Yay aylarında ərazidə pis qoxu və həşəratların çoxalması xüsusilə narahatlıq doğurur.

İctimai nəqliyyat problemi – şəhərlə əlaqə kəsilib

“Sumqayıtçay” stansiyası massivində marşrut avtobusları fəaliyyət göstərmir. Sakinlər şəhərə və ya digər yaşayış məntəqələrinə getmək üçün uzaq məsafələri piyada qət etməli olurlar. Bu isə xüsusilə yaşlılar, məktəblilər və işləyən insanlar üçün böyük əngəllər yaradır. Sakinlər bu məsələni dəfələrlə qaldırsalar da, hələ də heç bir marşrut xətti təşkil olunmayıb.

Qeydiyyat və ünvan problemi – hüquqi boşluq

Ərazidə yaşayan çoxsaylı ailələrin nə rəsmi ünvanı var, nə də qeydiyyat məsələləri həll olunub. Bu səbəbdən sakinlər bir çox dövlət xidmətlərindən istifadə edə bilmirlər – sosial yardımlar, məktəb qeydiyyatları, səhiyyə xidmətləri və sair bu kimi sahələrdə əngəllərlə qarşılaşırlar. Ünvansızlıq həmçinin poçt xidmətlərini və sənəd dövriyyəsini də mümkünsüz edir.

“Sumqayıtçay” stansiyası sakinləri bu problemlərin artıq dözülməz səviyyəyə çatdığını bildirirlər. Onlar Sumqayıt Şəhər İcra Hakimiyyətindən və müvafiq qurumlardan tezliklə tədbir görülməsini, massivdə yolların asfaltlanmasını, kanalizasiya və su xətlərinin çəkilməsini, marşrut avtobuslarının təşkil olunmasını və ünvan-qeydiyyat məsələlərinin həllini tələb edirlər.

Sakinlərin ümidləri odur ki, bu çağırış cavabsız qalmayacaq və “Sumqayıtçay” stansiyası da layiqli və təhlükəsiz yaşayış şəraiti ilə təmin olunacaq.


 











View this post on Instagram























 

A post shared by Sumqayıt 24 (@sumqayit24.az)


Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:50

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Bu gün, 10:20

Novxanı yolunda ağır qəza - 5 nəfər yaralandı

İdman
Bu gün, 09:41

"Sumqayıt" azarkeşlərinin nəzərinə: bu gün oyun var

İdman
Bu gün, 09:11

Ceyranbatan məktəblisi beynəlxalq yarışın BİRİNCİSİ OLDU

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtın yetişdirdiyi məşhur simalar

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
31 oktyabr 2026, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
31 oktyabr 2026, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
31 oktyabr 2026, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
31 oktyabr 2026, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
31 oktyabr 2026, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
31 oktyabr 2026, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
31 oktyabr 2026, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
31 oktyabr 2026, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
31 oktyabr 2026, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
31 oktyabr 2026, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
31 oktyabr 2026, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
31 oktyabr 2026, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
31 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
30 oktyabr 2026, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
30 oktyabr 2026, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
30 oktyabr 2026, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
30 oktyabr 2026, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Oxşar xəbərlər