Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi "Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir" adlı tədbir keçirib. Sumqayıt24 bu haqda 4 noyabr tarixində xəbər verir.
Görüş İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə təşkil olunub. Tədbirə Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Sektorunun, ATİAHİ İsmayıllı rayon komitəsinin əməkdaşları, təhsil işçiləri, şəhid ailələri və qazilər qatılıblar.
Burada hər iki mərkəzin dərnək üzvləri mahnı, şeir və bədii kompozisiya ilə çıxış ediblər.