“Veteranlar” xalq xoru “Rodniki duşi” festivalında uğurla çıxış edib. Sumqayıt24 bu haqda 23 dekabr tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin Şəhər Mədəniyyət evinin xoru XVI Respublika Rus Xalq mahnıları və rəqsləri festivalına qatılıb. Xor ifa etdiyi “Stoyu na polustanoçke” mahnısına görə ikinci yerə layiq görülüb.
Mədəniyyət evinin direktoru Elnarə Rəşidova diplomla, xorun konsertmeysteri Turanə Vəliyeva “qramota” (tərifnamə), xorun üzvləri isə pul mükafatı ilə təltif olunublar.
Tədbirdə millət vəkili, Azərbaycanın Rus İcmasının rəhbəri Mixail Zabelin, Xalq artisti Natəvan Şeyxova və mədəniyyət işçiləri iştirak ediblər.