Fövqəladə Hallar Nazirliyi “Ən yaxşı manqa” adı uğrunda yarış keçirib. Sumqayıt24 bu haqda 4 noyabr tarixində quruma istinadən xəbər verir.
Birincilik Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin (NMYMD) 13 nömrəli Yanğından Mühafizə Hissəsinin bazasında təşkil olunub. Sumqayıt və Bakı şəhərlərində yerləşən yanğından mühafizə hissələrinin 18 manqası və 126 nəfərdən ibarət şəxsi heyəti mübarizə aparıb.
Nəticədə Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin 22 nömrəli Yanğından Mühafizə Hissəsi ikinci yeri tutub. “Ən yaxşı manqa” adına isə NMYMD-nin 19 nömrəli Yanğından Mühafizə Hissəsi layiq görülüb.
Mükafatlandırma mərasimində FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, DYMX-nin rəis müavini daxili xidmət polkovniki Əkbər Novruzov və DYMX-nin məsul şəxsləri iştirak ediblər.