Sumqayıt məktəbinin məzunu qəbul imtahanında maksimal nəticə göstərib. Sumqayıt24 bu haqda 18 iyun tarixində Dim.gov.az-a istinadən xəbər verir.
Belə ki, I ixtisas qrupu üzrə 4-5 iyun tarixlərində keçirilən imtahanın nəticələri açıqlanıb. Ən yüksək, yəni 400 bal toplayan 10 nəfərdən biri Leyla Eynullazadədir. O, 13 saylı orta məktəbin yetirməsidir.
Saray qəsəbəsi 1 saylı orta məktəbin məzunu Elnur Mərdiyev də ondan geri qalmayaraq eyni nəticə ilə seçilib.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır. [modula id="17007"]