top
Sumqayıtlı ailə məcburi köçkünlərə görə kirayələrdə qalıb
28 fevral 2023, 00:00
- ↺ +

Sumqayıtlı ailə məcburi köçkünlərə görə kirayələrdə qalıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtlı ailənin dördotaqlı evi məcburi köçkün tərəfindən zəbt olunub. Sumqayıt24 bu barədə 28 fevral tarixində ApaTV-yə istinadən xəbər verir.

Firuddin Ağakişiyev “Ximkombinat”dan (indiki Üzvi-Sintez Birliyi )1978-ci ildə verilən evdə ailəsi ilə birlikdə 1994-cü ilə kimi yaşayıb. Həmin ildə icra hakimiyyətindən onlara köhnə evi dövlətə təhvil vermək şərti ilə verilən yeni dördotaqlı ev verilir. Lakin məlum olur ki, Kəlbəcərdən məcburi köçkünlər Zakir Muxtarov, Solmaz Muxtarova və onların ailəsi qapını sındıraraq mənzili zəbt ediblər. Ağakişiyevlər dövlətə təhvil verdikləri evə geri qayıtmağa məcbur olublar. Amma burada da yaşamaq qismət olmayıb.

Hər iki evini itirən ailə o gündən kirayələrdə 30 min manatdan çox pul xərcləyib. Həqiqət Ağakişiyeva deyir ki, həyat yoldaşı Firuddin Ağakişiyev rəhmətə gedənə kimi öz evlərində yaşamaq üçün uzun müddət mübarizə aparıb. O, 2019-cu ildə rəhmətə gedib. Həqiqət xanımın tək istəyi heç olmasa, övladlarının kirayələrdən qurtulmasına nail olmaqdır.

O, bildirir ki, zəbt olunan mənzil 2007-ci ildən onların adına özəlləşdirilib və bütün ailə orada qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2011-ci il tarixli qətnaməsi ilə evin boşaldılması haqda iddiası təmin edilib. Amma artıq 12 ildir ki, qətnamə icra edilmir.

Firuddin Ağakişiyev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə də şikayət verib. Bu barədə qətnamə qəbul edilib, kömək kimi ailəyə 2310 avro kompensasiya da ödənilib. Aidiyyəti qurumlara göndərilən məktub, teleqram, müraciət və çoxsaylı məhkəmələrə baxmayaraq, vədlərdən başqa, heç bir şey əldə olunmayıb. Yerinə isə şablon cavablar verilir.

Məcburi köçkün Solmaz Muxtarova isə bildirir ki, dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər, amma onlara verilən cavab “səbirli olun” olub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi məsələ ilə bağlı açıqlama verib:

“Bildiririk ki, Dövlət Komitəsinin mənzil fondunda boş yaşayış sahələri yoxdur, eyni zamanda məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilmir. Onlar üçün mənzillər bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək. İşğaldan azad edilmiş ərazilərə respublikanın şəhər və rayonlarında müxtəlif təyinatlı müvəqqəti məskunlaşma obyektlərində yaşayan məcburi köçkünlərin köçürülməsi zamanı başqasının mənzilində yaşayan məcburi köçkünlər də mərhələli şəkildə köçürüləcəklər”.

Məsələ ilə bağlı hüquqşünas Ruslan Mustafazadə isə əlavə edib ki, məcburi köçkünlərin yaşayış problemlərinin başqa mülkiyyətçilərin hesabına həll edilməsi Konstitusiya ilə yolverilməzdir. Vətəndaşın kirayələrdə xərclədiyi pulla bağlı dəymiş zərərə görə vəsatət qaldırmaq hüququ yaranır.

Həqiqət xanım isə bildirir ki, həyat yoldaşı qanunvericiliklə müəyyən edilmiş müddətlərdə onun xeyrinə olan Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2011-ci il tarixli qətnaməsinin icra edilməməsinə görə ailəyə dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq, hər iki qurumun ayrılıqda 10 000 manat ödəməsi üçün Sumqayıt şəhər İcra və Probasiya İdarəsinə və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı məhkəmədə iddia qaldırıb, amma bu tələbləri təmin olunmayıb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:40

Sumqayıt avtobusunda insident: 503 nömrəli marşrutda tüstülənmə - İDDİA

İdman
Bu gün, 18:15

"Sumqayıt"ın futbolçusu Azərbaycan millisinin heyətində

Bütün xəbərlər
Bu gün, 17:50

Sumqayıtda sakinlər qaz problemi ilə üz-üzə

Bütün xəbərlər
Bu gün, 17:12

Susuz qalan sumqayıtlılardan ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:36

Sumqayıtın iki idmançısı Avstriyadan qələbə ilə qayıdır

Bütün xəbərlər
Bu gün, 15:55

Sarayda sakinləri boğaza yığan problemlər...

İdman
Bu gün, 15:07

"Milli komandada oynamaq mənim üçün böyük şərəfdir" - "Sumqayıt"ın futbolçusu

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıta sabah gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Bu gün, 13:20

Sumqayıtda gecə saatlarında əraziyə zibillər daşınır? - İDDİA

İdman
Bu gün, 12:45

Sumqayıtlı idmançıdan Zəfər Günü uğuru - qızıl medal qazandı

Bütün xəbərlər
Bu gün, 12:12

DYP sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Bu gün, 11:23

Sumqayıtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bütün xəbərlər
Bu gün, 10:28

Sumqayıtda kişinin meyiti mənzilində tapıldı

Bütün xəbərlər
Bu gün, 09:32

Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 09:10

Bakı-Sumqayıt yolunda ağır qəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin son günü - Ermənistan kapitulyasiya aktı imzaladı

Bütün xəbərlər
Dünən, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
07 noyabr 2026, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
07 noyabr 2026, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
07 noyabr 2026, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
07 noyabr 2026, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Oxşar xəbərlər