Sumqayıtlı gənc bərbər xeyriyyə məqsədilə rayonların birində uşaqlara saç kəsimləri edib. Bu haqda bu gün, 14 iyun tarixində Sumqayıt24 sosial şəbəkələrə istinadən xəbər verir.
Elvin usta yolunu Sumqayıtdan Lənkəranın ucqar Jidi kənd məktəbinə salıb. Burada o, təmənnasız olaraq həm qız, həm də oğlan uşaqlarına saç kəsimi edib və forma verib.