Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe (RMİ) olan uşaq incəsənət məktəbinin şagirdi beynəlxalq müsabiqənin Laureatı olub. Bu haqda bu gün, 4 fevral tarixində AZƏRTAC xəbər verir.
Qazaxıstan Nur Sultan şəhərində onlayn formatda keçirilən beynəlxalq vokal-instrumental müsabiqəsində Fidan Mirzəyeva 3-cü yerə layiq görülüb. O, S.Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbində təhsil alır. Gənc fortepianoçunu yarışmaya müəllimi Səbinə Həmidova hazırlayıb.